Uraloğlu: Qars-İğdır-Dilucu dəmir yolu xətti ilə Ermənistan, Azərbaycan və Türkiyə arasında dəmir yolu əlaqələrini gücləndiririk Siyasət

Uraloğlu: Qars-İğdır-Dilucu dəmir yolu xətti ilə Ermənistan, Azərbaycan və Türkiyə arasında dəmir yolu əlaqələrini gücləndiririk

“Qars-İğdır-Dilucu dəmir yolu xətti ilə Ermənistan, Azərbaycan və Türkiyə arasında dəmir yolu əlaqələrini gücləndiririk”.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Qars–İğdır–Aralık–Dilucu Dəmir Yolu Layihəsi ilə bağlı açıqlamasında bildirib.

O qeyd edib ki, 224 kilometrlik Qars-İğdır-Aralık-Dilucu dəmir yolu layihəsi üzrə işlər davam edir.

Nazirin sözlərinə görə, layihə Türkiyə ilə Ermənistan və Azərbaycan arasındakı dəmir yolu əlaqələrinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

A.Uraloğlu bildirib ki, Türkiyə regionda nəqliyyat bağlantılarının inkişaf etdirilməsi və dəmir yolu şəbəkəsinin gücləndirilməsi istiqamətində yeni layihələr həyata keçirir.