17:23
448
Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb koalisiyası qüvvələri Yəmənin "Ənsar Allah" üsyançı hərəkatı (husilər) tərəfindən buraxılan üç balistik raketi ələ keçirərək məhv edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə alyansın rəsmi nümayəndəsi Turki əl-Maliki məlumat verib.
"Biz terrorçu husilər tərəfindən Ər-Riyad istiqamətində buraxılan iki balistik raketi ələ keçirdik və məhv etdik", - deyə əl-Malikinin "X" sosial şəbəkəsindəki bəyanatında bildirilir.
O, həmçinin əlavə edib ki, üsyançılar tərəfindən atılan daha bir raket Səudiyyə Ərəbistanının cənubundakı Xamis-Muşayt şəhəri üzərində ələ keçirilərək məhv edilib.
Məryəm Quliyeva