Kiyev və Vaşinqton arasında kritik sülh danışıqları başlayır
8 Oktyabr 17:39
8 Oktyabr 17:39
8 Oktyabr 15:20
8 Oktyabr 13:39
“Əsas məqsəd Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir”
Nikol Paşinyan: Ermənistanla Azərbaycan arasında sülh baş tutmuş faktdır
Paşinyan: Azərbaycan dəmir yolu bir ilə yaxındır Ermənistan yükləri üçün açıqdır
Gələn ay Zəfər və Dövlət bayrağı günləri ilə əlaqədar 4 gün iş olmayacaq
09:47
385
ABŞ-nin Çinlə münasibətlərində Tayvan xüsusi yer tutur. Çin Tayvanın onun ərazisi olduğu gerçəyini və orda yaşayanların da çinli olduğunu bəyan edir. Buna görə də Çin dövləti bildirir ki, Çin öz xalqı ilə müharibə etmir.
Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.
"Məhz bu gerçəklik ABŞ-nin Tayvan məsələsində siyasətini müəyyən edir. Məsələ ondadır ki, Tayvan nə qədər də mərkəzi Çin hakimiyyətindən siyasi konfuqurasiyasına görə fərqli quruluşa malik olsa da, ABŞ bundan Çinə qarşı istifadə etmək üçün siyasət yürüdür.
Belə ki, ABŞ-nin Tayvanı Çindən qorumaq siyasətinin mahiyyəti Çinin Tayvanı işğala təhrik etməsi üzərində qurulub. ABŞ Çin hakimiyyətinin Tayvanı işğal etməyə təhrik etməklə çinlilər arasında müharibə vəziyyəti yaratmaq istəyir. Bu durum isə uzun müddətli qarşıdurmaya çevrilməklə Çini istiqrarsız bir duruma sürükləyir. Nəticədə ABŞ bu müharibəni idarə etməklə Çini öz nəzarəti altında saxlayır. Çin isə bunu bildiyi üçün Tayvanla qarşıdurmaya getmir" - o, bildirib.
.
A.Qasımov deyib ki, Bayden hakimiyyəti dövründə Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri buna misaldır. Hansı ki, Çin onun təyyarəsini vurmaqla hədələmişdi. Amma xəbərdarlığa rəğmən bu səfər baş tutmuşdu. Bu, əsl müharibəyə təhrikedici təxribat idi.
Cavid