Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Beynəlxalq maliyyə institutları ilə birgə 41 layihə

Beynəlxalq maliyyə institutları ilə birgə 41 layihə İqtisadiyyat

Beynəlxalq maliyyə institutları ilə birgə 41 layihə

Bir çox layihələrin daxili vəsaitlər hesabına həyata keçirilməsi daha məqsədəuyğundur

Tərlan

Azərbaycan hökumətinin 14 beynəlxalq maliyyə institutu ilə birgə əməkdaşlığı nəticəsində ümumi dəyəri 7,2 mlrd. ABŞ dolları olan 41 layihə icra olunur. Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev məlumat verib. Onun sözlərinə görə, bu layihələr nəqliyyat, su təchizatı və kanalizasiya, enerji, kənd təsərrüfatı, maliyyə, ekologiya və digər sahələri əhatə edir.
Nazir qeyd edib ki, ölkəmizin cari kredit portfelində Dünya Bankının payı 35%-ə, Asiya İnkişaf Bankının payı 16%-ə, Avropa Yenidənqurma və İnkişaf Bankının payı 10%-ə, İslam İnkişaf Bankının payı isə 6%-ə bərabərdir. Ş.Mustafayev əlavə edib ki, Azərbaycan beynəlxalq donor təşkilatları ilə də fəal əməkdaşlıq edir. Hazırda 20 beynəlxalq donor təşkilatı ilə birlikdə idarəetmə, ədliyyə, kənd təsərrüfatı, regional inkişaf, nəqliyyat, su təchizatı və digər sahələrdə təqribən 200 mln. ABŞ dolları dəyərində 70 layihə icra olunur.
Azərbaycanın sabit maliyyə bazası var. Bu da ölkənin valyuta ehtiyatlarını formalaşdırıb. Ölkənin dövlət borcu son bir ildə 9% azalıb. Qeyd edək ki, ötən il ölkənin valyuta ehtiyatları 9% artaraq 50 mlrd. dollarını ötüb. Bu da dövlətin xarici borcundan təqribən 9 dəfə çoxdur. 2013-cü ildə iqtisadiyyatın qeyri-neft sektorunda inkişaf daha da yüksək sürətə malik olmaqla, bu sektorda əlavə dəyərin 10,0%-lik artımı təmin edilib, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ilə nisbətən 3,1% artaraq 56,6%-dək yüksəlib. Müvafiq olaraq ÜDM-in 43,4%-i neft-qaz istehsalı və emalı sahələrinin payına düşməklə, əvvəlki ilə nisbətən real artım sürəti 1,0% çox olub.
Əslində xarici maliyyə qurumları Azərbaycanla əməkdaşlıqda maraqlıdılar. Ölkənin ödəmə qabiliyyətinin olması, valyuta ehtiyatlarının mövcudluğu, dövlət büdcəsinin icra edilməsi kreditorları ölkəmizlə əməkdaşlığa stimullaşdırır. Beynəlxalq Maliyyə Korporasiyası (IFC, Dünya Bankı qrupunun üzvü) tərəfindən Azərbaycana 500 mln. ABŞ dolları həcmində investisiya yatırılıb. Bu vəsaitlər hesabına ölkədə 60 investisiya layihəsi həyata keçirilib. Korporasiya tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə məsləhət xidmətləri də göstərilib.
Xarici banklar Azərbaycana kredit verib pul qazanırlar. Amma bunlarla belə, xarici borcların cəlb edilməsi siyasətinə yenidən baxıla bilər. Bir çox layihələrin daxili vəsaitlər hesabına həyata keçirilməsi daha məqsədəuyğundur. Bəzən səmərəsiz hesab oluna biləcək formal layihələr də ortalığa çıxır. Azərbaycan hökuməti özünün neft pulları ola-ola böyük həcmdə xarici banklardan, xüsusən də Dünya Bankından borc almaqda davam edir. Hansı ki, ölkənin özünün potensialı - 50 milyard dolları var. Bura Heft Fonduna toplanan vəsaitlər və Mərkəzi Bankın ehtiyatları daxildir.
Artıq hökumət BVF-dən kredit almır. Beynəlxalq Valyuta Fondu (BVF) ölkəmizlə bağlı yalnız proqnoz verməklə kifayətlənir. BVF-nin proqnozlarına görə, 2014-cü ildə Azərbaycanda iqtisadi artım 5,6%, bu il isə 3,5% təşkil edəcək. Müqayisə üçün bildirək ki, ölkə hökumətinin bu həftə açıqladığı proqnozlara əsasən, gələn il Azərbaycanda iqtisadi artım 5,2%, bu il isə 4,5% olacaq. Qeyd edək ki, bu ilin ilk 9 ayı ərzində ölkədə iqtisadi artım artıq 5,4% təşkil edib və beləliklə, həm BVF, həm də hökumət ilin qalan hissəsində artım tempinin azalacağını gözləyir.
Bundan əlavə, BFV-nin proqnozlarına görə, bu il Azərbaycanda inflyasiya 6,3%, bu il isə 3,7% olacaq. Hökumətin proqnozlarında isə bu göstərici müvafiq olaraq 3,5% və 3,3% səviyyəsində gözlənilir. Beləliklə, BVF hökumətdən fərqli olaraq bu il üçün daha yüksək həddə inflyasiya gözləyir. Bu il üçün isə proqnozlar təxminən eyni səviyyədədir.
Bəzən xaricdən alınan pullar məsləhət və texniki xarakterli proqram və layihələrin hazırlanmasına da xərclənir. Yenə mənasız nəzəri məsələlərə milyonlar silinir. Hökumət və dövlət qurumları tərəfindən cəlb olunan kreditlərin əsas hissəsi investisiya layihələrinin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, bu cür kreditlərin həcmi 3 milyard dollar təşkil edir. Həmin məbləğin 40%-i elektrik enerjisi sektoruna, 3,6%-i kənd təsərrüfatı, 25,4%-i yol tikintisi və nəqliyyat, 9%-i su təchizatı və meliorasiya, 6%-i neft, qaz və kimya və digər sahələrdə layihələrin maliyyələşdirilməsinə sərf olunub.
Bir neçə ildir ki, bank faizləri, dividentlər azalıb, balans kəskin şəkildə inflyasiyanın xeyrinə dəyişib, dollar öz dəyərini əhəmiyyətli şəkildə itirib. Dünya bazarında mal və xidmətlərin bahalaşması 50 milyard dollar vəsaitin alıcılıq qabiliyyətini çox aşağı salıb. Təsadüfü deyil ki, Mərkəzi Bankın rəhbərliyi hökumətin ölkənin pullarını xarici banklara qoymaqda, qiymətli kağızlara yerləşdirməkdə əsas məqsədinin pul qazanmaq deyil, itkiyə yol verməmək və onun həcmini qoruyub saxlamaq olduğunu bəyan edir. Əslində ölkənin ehtiyatları o qədər də effektiv idarə olunmur. Pullar aşağı faizlə xarici bank hesablarına qoyulub. Bütün dünyada depozitlər (əmanətlər) üzrə dividentlər hələ bir müddət çox aşağı - illik 1-2% olacaq. Həticədə xarici banklara 50 milyard dollar vəsait qoymuş Azərbaycan il ərzində itkilərə məruz qalır. Gəlirlərin belə aşağı olduğu şəraitdə vəziyyətdən daha optimal çıxış yolları aranmalıdır.
Çünki yaxın onilliklərdə Azərbaycanda neft tükənməklə yanaşı valyuta ehtiyatları da quru kağıza çevrilə bilər. Əvvəllər dollar ifadəsində olan vəsaitlərinin bir hissəsi avroya, bir hissəsi fund sterlinqə keçirilib, habelə qiymətli kağızlar bazarına, qızıl və əmlak alınmasına yönəldilib. Bunların hesabına fondun pullarını qorumağa çalışırlar. Amma bu da problemin həlli demək deyil. Əsas məsələ valyuta ehtiyatlarının bir hissəsinin Azərbaycanda qeyri-neft sektorunun, insan kapitalının və infrastrukturun inkişafına yönəldilməsidir. Artıq belə addım atmaq mümkün və zəruridir.