Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
AYNA: Tbilisi prospektinin Salamzadə küçəsi ilə kəsişməsində dəyişiklik edilib
Bakıda yanğın təhlükəli mağazanın fəaliyyəti məhdudlaşdırıb - VİDEO
ANAMA azad edilən ərazilərdə qəbiristanlıqlarda mina təhlükəsi ilə bağlı müraciət edib
23 May 2019 14:04
1 218
Bu ilin ilk beş ayı ərzində Hesablama Palatası dövlət büdcəsinə 6 milyon manatdan çox vəsait qaytarıb.
Bunu Palatanın sədri Vüqar Gülməmmədov Ali Audit Orqanları Beynəlxalq Təşkilatının (INTOSAI) işçi qrupunun iclası zamanı deyib.
O bildirib ki, bu məbləğ auditor yoxlamalarının nəticələrinin hüquq-mühafizə orqanlarına göndərilməsi nəticəsində bərpa olunub. Ötən il ərzində 9 bu cür hal qeydə alınıb və bunu nəticəsində büdcəyə 23 milyon manat qaytarılıb.
V.Gülməmmədov əlavə edib ki, bundan başqa, müxtəlif qurumlarda inventar satınalınması zamanı səhvlər, eləcə də tamamlanmamış işlər aşkar edilib:
“Bu ilin əvvəlindən iki yoxlamanın nəticəsi hüquq-mühafizə orqanlarına göndərilib, bununla bağlı cinayət işlər açılıb”.