Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni külli miqdarda dələduzluq ittihamı ilə həbs olunub
Səfir: Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar konstruktiv məcrada davam edir
QDTİB-nin Azərbaycanda layihələrə ayırdığı maliyyənin həcmi 700 mln. avronu ötüb
Xalq artisti Hacı Murad Yagizarovun məzar daşı ucaldılıb - FOTO
11 Mart 2020 10:44
2 835
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 10-da 36,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,15 dollar/barel azdır.
Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 35,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,22 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 31,18 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,18 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 35,45 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,12 dollar/barel çoxdur.