14:12
490.jpg)
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının qüvvələri Yəmənin "Ənsar Allah" üsyançı hərəkatının husiləri tərəfindən ər-Riyad istiqamətində atılmış ballistik raketi ələ keçirərək məhv edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə alyansın rəsmi nümayəndəsi Turki əl-Maliki məlumat verib.
"Terrorçu husilər tərəfindən ər-Riyad istiqamətində buraxılmış ballistik raket ələ keçirilib və məhv edilib", - deyə o, "X" sosial şəbəkəsində yazıb.
Hadisə ilə əlaqədar Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi Fövqəladə Hallar üzrə Milli Erkən Xəbərdarlıq Platformasını işə salaraq ər-Riyad sakinlərini ehtimal olunan təhlükə barədə məlumatlandırıb. Sonradan qurum "X"də həyəcan siqnalının ləğv edildiyini açıqlayıb. "Ər-Riyad şəhəri üçün təhlükə geridə qaldı", - deyə bəyanatda bildirilir. Hakimiyyət orqanları, həmçinin əhalini təhlükəsizlik təlimatlarına riayət etməyə, "insanların toplandığı yerlərdən və çəkiliş aparmaqdan tamamilə çəkinməyə" çağırıb.
Məryəm Quliyeva