İstanbulda daşqın nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb Dünya

İstanbulda daşqın nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb

İstanbulda daşqın nəticəsində həlak olanların sayı yeddi nəfərə yüksəlib. Xilasedicilər itkin düşmüş hesab olunan Ahmet Derinin meyitini tapıblar.

Xalqcebhesi.az "TRT Haber"ə istinadən xəbər verir ki, axtarış-xilasetmə işləri başa çatıb.

İstanbul Valiliyinin bildirdiyinə görə, kişinin meyiti bu gün saat 11:00 radələrində Eyüpsultan rayonundakı Altınboynuz sosial obyektlərinin yaxınlığındakı su akvatoriyasında tapılıb.

Keçirilən ekspertizadan sonra həlak olan şəxsin daşqın zamanı itkin düşmüş Ahmet Derin olduğu müəyyən edilib.

İtkin düşən bütün şəxslərin meyitləri tapıldığı üçün axtarış-xilasetmə əməliyyatları dayandırılıb.

Məryəm Quliyeva