4 Noyabr 15:45
29 Mart 2020 16:13
1 771
Bəyannamələrin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti aprelin 6-dək artırılıb.
Bu barədə Vergilər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti 2020-ci ilin martın 31-dək idi.
Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli "Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilib.
Bu səbəbdən, Vergi Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti aprelin 6-na keçirilib.
4 Noyabr 18:34
1 190
4 Noyabr 17:45
1 127
4 Noyabr 17:43
1 106