“Fermerin işi istehsaldır, satış yox”
25 Dekabr 21:04
25 Dekabr 21:04
25 Dekabr 20:59
25 Dekabr 20:57
25 Dekabr 20:54
16 Noyabr 2020 11:00
1 484
Rusiyanın "Qazprom" şirkəti 2020-ci ilin sentyabr ayı ərzində Türkiyəyə ilin əvvəlindən maksimum həcmdə – 1,9 mlrd. kubmetr qaz nəql edərək, Almaniyadan sonra ən vacib saydığı Türkiyə bazarında üstünlüyünü tədricən geri qaytarıb.
"APA-Ecocomics"in "Qazprom" şirkətinin hesabatına istinadən verdiyi məlumata görə, bu göstərici 2019-cu ilin eyni ayı ilə müqayisədə 2 dəfəyə yaxın artıb. İlin əvvəlində "Qazprom" Türkiyənin qaz bazarında mövqeyini itirmişdi, buna səbəb isə Azərbaycan qazının Türkiyəyə nəqli göstərilirdi.
Qeyd edək ki, 2020-ci ilin yanvar-may ayları ərzində Türkiyənin əsas qaz ixracatçısı Azərbaycan olub. Bundan əlavə, həmin dövrdə Qətər, Əlcəzair və ABŞ-dan da ölkəyə mayeləşdirilmiş qazın tədarükü artmışdı.
Rusiyanın "Vedomosti" qəzetinin məlumatıma görə, Rusiyadan Türkiyəyə qaz tədarükünün azalmasının əsas səbəbi qiymətin nisbətən yüksək olmasıdır: "2020-ci ilin ilk yarısında Rusiya qazının qiyməti Türkiyənin xarici mayeləşdirilmiş qaz bazarından spot şərtləri ilə aldığı qiymətlərdən üç dəfə yüksək idi".
25 Dekabr 15:01
1 190
25 Dekabr 13:18
1 211
25 Dekabr 11:39
1 106