SEPAH ABŞ pilotunu əsir götürüb
3 Aprel 17:30
3 Aprel 17:30
3 Aprel 17:02
7 Dekabr 2020 10:29
1 729
Bu ilin yanvar-noyabr aylarında Çinin xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 0,6% artaraq 4,17 trln. ABŞ dollarına çatıb.
"APA-Economics"in məlumatına görə, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin açıqlamasında deyilir.
Məlumata görə, hesabat dövründə Çinin ixracı illik ifadədə 2,5% artaraq 2,31 trln. dollar, idxalı isə 1,6% azalaraq 1,86 trln. dollar təşkil edib. Nəticədə 459,92 mlrd. dollarlıq müsbət saldo yaranıb ki, bu da ötənilki göstəricidən 23% çoxdur.
Qeyd edək ki, 2016-cı ildə Çinin ümumi ticarət dövriyyəsi 6,8% azalaraq 3,68 trln. dollar, 2017-ci ildə 11,4% artaraq 4,11 trln. dollar, 2018-ci ildə 12,6% artaraq 4,62 trln. dollar, 2019-cu ildə isə 1% azalaraq 4,57 trln. dollar təşkil edib.
4 Aprel 16:10
1 666
3 Aprel 17:40
2 149
3 Aprel 16:45
2 114