Dünya fond bazarlarının əsas indeks göstəriciləri İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dekabrın 9-da Amerika fond bazarında Dow Jones indeksi 0,35% – 30,068.81 bəndədək, S&P 500 indeksi 0,79% – 3,672.82 bəndədək, Nasdaq indeksi isə 1,94% – 12,338.95 bəndədək enib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında dekabrın 9-da FTSE 100 indeksi 0,08% – 6,564.29 bəndədək, Almaniya DAX indeksi 0,47% – 13,340.26 bəndədək yüksəlib, Fransa CAC-40 indeksi isə 0,25% – 5,546.82 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,15% azalaraq 1 846,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,2% azalaraq 1,2082 dollar təşkil edib.