Dünya fond bazarlarının əsas indeks göstəriciləri İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Yanvarın 14-də Amerika fond bazarında Dow Jones indeksi 0,22% – 30,991.52 bəndədək, S&P 500 indeksi 0,38% – 3,795.54 bəndədək, Nasdaq indeksi isə 0,12% – 13,112.64 bəndədək enib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında yanvarın 14-də FTSE 100 indeksi 0,84% – 6,801.96 bəndədək, Fransa CAC-40 indeksi 0,33% – 5,681.14 bəndədək, Almaniya DAX indeksi isə 0,35% – 13,988.70 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,64% azalaraq 1 848,6 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,05 artaraq 1,2162 dollar təşkil edib.