Azərbaycan iqtisadiyyatına qoyulan investisiyanın həcmi açıqlanıb İqtisadiyyat

Azərbaycan iqtisadiyyatına qoyulan investisiyanın həcmi açıqlanıb

2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala 1 milyard 338,4 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 32,0 faiz az vəsait yönəldilib.

Trend-in məlumatına gğrə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 13,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 49,0 faiz azalıb. İstifadə olunmuş vəsaitin 1 milyard 071,2 milyon manatı və ya 80,0 faizi məhsul istehsalı sahələrinə, 146,8 milyon manatı (11,0 faizi) xidmət sahələrinə, 120,4 milyon manatı (9,0 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 678,4 milyon manatını və ya 50,7 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1143,1 milyon manatı və ya 85,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 74,0 faiz, bank kreditləri 9,7 faiz, əhalinin şəxsi vəsaitləri 9,1 faiz, sair vəsaitlər 3,8 faiz, büdcə vəsaitləri isə 3,4 faiz təşkil edib.