4 Noyabr 15:45
Tələbələrin köçürülməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib
Mirzoyan: Moskva və Tehrandan amerikalıların TRIPP-də iştirakına qarşı heç bir açıqlama verilməyib
Gələn il 15 min ailə özünüməşğulluq proqramına cəlb ediləcək
Gürcüstanda “oğru dünyası” ilə əlaqəli azərbaycanlı zərərsizləşdirilib
29 Mart 2021 11:17
1 393
Bu ilin yanvar-fevral aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 33 504 min barel neft nəql edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12% azdır.
"APA-Economics"in Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən verdiyi məlumata görə, 2020-ci ilin yanvar-fevralında kəmər vasitəsilə Türkiyə ərazisi ilə 38 047 min barel neft nəql edilib.
Xatırladaq ki, ötən il Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 208 064 min barelə yaxın neft nəql edilib ki, bu da 2019-cu ötən ilin göstəricisi müqayisədə 11,5% azdır.
Qeyd edək ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.