 
                
                Polşa Avropa İttifaqından çıxmaq imkanını qəbul edib
31 Oktyabr 17:08
 
                
                31 Oktyabr 17:08
 
                
                31 Oktyabr 16:39
 31 Mart  2021 08:33
31 Mart  2021 08:33 3 542
3 542
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Petkim" neft-kimya kompleksi Türkiyədə neft-kimya xammalının yeganə istehsalçısıdır, amma onun bazarda payı 18 faiz təşkil edir.
Trend-in məlumatına görə, bunu "SOCAR Türkiyə"nin neft emalı və neft-kimya biznes bölməsinin rəhbəri Anar Məmmədov deyib.
O bildirib ki, Türkiyə neft-kimya xammalına tələbatın 82 faizi idxal hesabına qarşılanır:
"Türkiyə öz tələbatını ödəyə bilməsi üçün "Petkim" kimi 5 kompleksə malik olmalıdır. "Petkim" artan tələbatı qarşılamaq üçün tam gücü ilə işləyir. Gücün artırılması üçün imkanlar olsa da, elə də çox deyil. Ona görə də Türkiyənin bu sahədə yeni investisiyalara ehtiyacı var".
A.Məmmədov əlavə edib ki, neft-kimya sahəsində təchizat zəncirində bəzi ləngimələr olsa da, "Petkim" STAR neft emalı zavodu sayəsində fasiləsiz istehsalı təmin edə bilib.
(Tərcümə: Orxan Nəbiyev)
 31 Oktyabr 17:57
31 Oktyabr 17:57 1 162
1 162 31 Oktyabr 17:02
31 Oktyabr 17:02 1 190
1 190 31 Oktyabr 16:59
31 Oktyabr 16:59 1 211
1 211 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
        
         
                     
                     
                     
                    