29 Oktyabr 23:45
29 Oktyabr 23:30
27 Aprel 2021 19:33
3 829
Aprelin 26-da Çinin Çindao şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi başlayıb. Sərgidə Azərbaycan da vahid ölkə stendi ilə təmsil olunur.
İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan stendində ölkəmizdə istehsal edilən qida və içki məhsulları nümayiş olunur, Azərbaycanın investisiya, nəqliyyat-tranzit və turizm potensialı təqdim edilir.
Sərgi çərçivəsində keçirilən “Ölkələr təqdimatı” adlı panel iclasında Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu ölkəmizin biznes və investisiya imkanları barədə təqdimatla çıxış edib.
3 gün davam edən sərgi çərçivəsində Azərbaycan nümayəndə heyəti yerli şirkətlərlə ticarət və investisiya əməkdaşlığına dair görüşlər keçirəcək.
Qeyd: Çindao Çinin ən böyük liman şəhərlərindən biri olmaqla yanaşı, Şandon əyalətinin əsas iqtisadi mərkəzi sayılır.
29 Oktyabr 23:11
994
29 Oktyabr 17:32
1 183
29 Oktyabr 17:18
1 344



