Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
15 İyul 2021 15:14
7 693
Çörəkbişirmə sənayesində yüksək keyfiyyət səviyyəsinin müəyyənləşməsinə və istehlakçıların çörək məmulatlarına dair tələb və gözləntilərinin təmin edilməsinə kömək göstərəcək AZS 894:2021 “Çörək sənayesi üçün buğda unu. Texniki şərtlər” dövlət standartı təsdiq edilib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Trend-ə verilən məlumata görə, yeni standartın tətbiqi ölkənin ərzaq təhlükəsizliyi baxımından taxıl məhsulları üzrə təchizat dayanıqlığının artırılmasına xidmət edəcək.
Dövlət standartı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycan Standartlaşdırma İnstitutu publik hüquqi şəxs tərəfindən hazırlanıb.
Qeyd edək ki, standart layihəsinin müzakirəsində Kənd Təsərrufatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri iştirak ediblər. AZS 894:2021 “Çörək sənayesi üçün buğda unu.Texniki şərtlər” dövlət standartı ölkə ərazisində aparılan elmi-tədqiqat işləri, beynəlxalq və regional standartlar əsasında hazırlanıb və təsdiq edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
25 Sentyabr 18:39
882
25 Sentyabr 18:38
840
25 Sentyabr 17:34
833