Azərbaycan liderinin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşü olub - YENİLƏNİB
İranda SEPAH-ın kəşfiyyat rəhbərinin həlak olduğu bildirilib
Araqçı İranın enerji infrastrukturuna hücumlara cavab veriləcəyinə söz verib
"Gürcü Arzusu"nun deputatı: Gürcüstan-Azərbaycan münasibətləri daha da möhkəmlənib
4 Avqust 2021 12:10
5 215
2021-ci ilin altı ayı ərzində “Hökumət Ödəniş Portalı”nda (HÖP) 1.9 mlrd. manat (ondan 55%-i nağdsız) həcmində 30.5 mln. ədəd ödəniş tranzaksiyası emal olunub.
Trend-in məlumatına görə, bu barədə Mərkəzi Bankının açıqladığı Ödəniş Sistemləri üzrə Yarımillik İcmalda qeyd olunub. Məlumata görə, hazırda bu infrastruktura 11 mərkəzi icra hakimiyyəti orqanı, 3 Dövlət Agentliyi, 4 kommunal xidməti müəssisəsi, 5 stasionar və mobil rabitə operatoru, 114 məhkəmə orqanı, 19 sığorta şirkəti, 1438 bələdiyyə orqanı və digər sosial əhəmiyyətli qurumlar inteqrasiya olunub.
Bu gün HÖP-ə inteqrasiya olunmuş qurumlar üzrə 900-dən çox xidmət üzrə ödənişlərin toplanması təmin olunur. Bu xidmətlər üzrə ödənişlər 26 bank və “Azərpoçt” MMC-nin 2500-dən çox filial və şöbələrində, 1300-ə yaxın ödəniş terminalında nağd və nağdsız formada aparılır.