Hatiq Əliyevin yazısına cavab gəldi... İqtisadiyyat

Hatiq Əliyevin yazısına cavab gəldi...

Pərviz Heydərov: "Yanacaq-enerji kompleksinin inkişafı üzrə 2015-2025-ci illəri əhatə edəcək növbəti Dövlət Proqramının hazırlanaraq təsdiq edilməsinə ehtiyac var"
Namizəd Səfərov: "Yanacaq enerji kompleksinin inkişafına "qanunvericilikdə olan boşluqlar maneə olur" ifadəsi qüsurludur"
Əli Məsimli: "Əgər cənab Hatiq Əliyev konkret hansı boşluqlardan söhbət getdiyi bildirsə, həmin məsələni şəxsən mən özüm Milli Məclisdə qaldıraram"

Energetika naziri Natiq Əliyev bildirib ki, yanacaq-enerji kompleksinin inkişafına ciddi təsir göstərən problemlərdən biri qanunvericilikdə boşluqların olmasıdır. Nazirin qeydinə görə, sözügedən sahə üzrə dövlət strategiyasının hazırlanması və həyata keçirilməsini təmin etmək üçün Energetika Nazirliyində "Enerji sahəsində islahatlara dəstək proqramının həyata keçirilməsinə dəstək" layihəsinin tərkib hissəsi olan "Enerji sektorunun hərtərəfli və kompleks inkişaf" strategiyası hazırlanır: "Avropa İttifaqının Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində həyata keçirilən "Azərbaycanın enerji sektorunda hüquqi yanaşma və struktur islahatları" tvinninq layihəsi çərçivəsində "Elektroenergetika haqqında" və "Qaz təchizatı haqqında" qanunların layihələri, eyni zamanda Elektrik Şəbəkələri və Qaz Şəbəkələri məcəllələrinin layihələri isə artıq hazırdır". Onun bildirdiyinə görə, həmçinin energetika üzrə bir neçə qanun layihəsinin son variantı işlənib.
İqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, Heydər Əliyev adına Bakı neft emalı zavodunun 2 nömrəli istehsalat sahəsinin 21 saylı qurğusunda bəzi cari işlər aparıldığı və bu ilin aprel ayında onun əsaslı təmirə saxlanılacağı deyilib ki, bununla əlaqədar müvafiq texniki layihə tapşırığı verildiyi və hazırlıq işlərinə başlandığı bildirilir: "Bununla bağlı, istehsalda yaranacaq fasilə ilə əlaqədar olaraq 92 və 95 markalı benzinin ölkəyə idxalı ilə bilavasitə ARDNŞ məşğul olacaq. Sual yaranır ki, bütün bunlar bir az əvvəl həyata keçirilə bilməzdimi?".
Onun sözlərinə görə, Nazirlər Kabinetinin ölkədə dövriyyəyə buraxılan (idxal olunan və daxildə istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələr üzrə tələbatın 2014-cü ilin aprelin 1-dən "Avro-4" ekoloji normasna uyğunlaşdırılması barədə qərarına dair yazmışdıq ki, keyfiyyətli benzin istehsalı üçün neft emalı zavodlarında (ölkəmizdə ARDNŞ-in tərkibində cəmi 2 neftayırma zavodu fəaliyyət göstərir ki, bunlar da ildə maksimum 7 milyon tondan bir az artıq emal gücünə malkdirlər və həmin zavodlarda ARDNŞ-in sudan və qurudan çıxardığı neft emal olunur) yeni avadanlıqlar quraşdırmaq və istehsal prosesini təkmilləşdirmək lazım gəldiyindən əlavə vəsait lazımdır: "Avro-4"ün istehsalı üçün isə yeni avadanlılar quraşdırmaq, emaledici kompleks tikmək gərəkdir. ARDNŞ prezidenti Rövnəq Abdullayev hələ 4 il öncə "Avro-2"yə keçid zamanı ölkəmizdə "Avro-3"ə uyğun benzin istehsalının ən yaxşı halda 2011-ci ilin sonunda mümkün olacağını söyləmişdi ki, "Avro-4"ə uyğun benzin istehsalı üçün isə mövcud neft emalı zavodlarında yeni avadanlıqlar quraşdırmaq üçün boş ərazilər olması tələb edilirdi. Odur ki, bir sual da yaranır: Səngəçal terminalının şimalında, Qaradağ-Abşeron ərazisində yeni neft-qaz emalı kimya kompleksinin tikilib istifadəyə verilməsi niyə əvvəl nəzərdə tutulduğu kimi 2017-ci ildə deyil, 2023-2025-ci illərdə baş tutacaq? ARDNŞ-in daxili bazarda 2020-2021-ci illərə qədər avtomobil benzininə tələbatı maksimum ödəmək məqsədilə benzin və dizel yanacağı istehsalını, ümumiyyətlə, ölkədə neft emalı sahələrində mövcud qurğuların gücünü artırmaq üçün verdiyi qərar həmin vaxtadək idxalsız keçinməyə imkan yaradacaqmı?".
Onun fikrincə, Heydər Əliyev adına Bakı neft emalı zavodunun 2 nömrəli istehsalat sahəsinin 21 saylı qurğusunda aprel ayında aparılması nəzərdə tutulan əsaslı təmir işlərindən sonra emal gücünün 2 milyondan 3 milyon tonadək, benzin istehsalının isə 450 min ton artacağı deyilir ki, bu, böyük nəticədir: "Ancaq təkrar edirik: yanacaq məhsulları xüsusən, benzin sarıdan daxili bazarda yaranmış vəziyyət bir neçə il idi idxalın qaçılmaz olacağını göstərirdi. Çünki 2003-cü ildən bəri ona tələbat fasiləsiz olaraq artırdı. Əgər, cəmi bir qurğuda aparılacaq işlər nəticəsində emal gücü 1 milyon, benzin istehsalı isə yarım milyon tona yaxın artacaqsa, görəsən bu, niyə məhz ölkədə benzinin istehlakı ilə istehsal səviyyəsi bərabərləşdikdən sonra həyata keçirilir? ARDNŞ-in emal üzrə vitse-prezidenti David Məmmədov hələ keçən il bildirmişdi ki, 2013-cü ildə tələbatı çox çətinliklə ödəyə bilirik və Azərbaycanda xüsusən iyun, iyul, avqust aylarında benzinə tələbat çox artır: "Gələn il neft emalının bu illə müqayisədə 5,5 %, yəni təxminən 300 min ton artırılması və 100 min ton əlavə benzin istehsal edilməsi, istehsalın həcminin 1,5 milyon tona çatdırılması nəzərdə tutulub. Bununla belə, idxal təhlükəsi qalmaqdadır", - deyə, vitse-prezident əlavə etmişdi. Bütün bunlar bizcə, ondan irəli gəlir ki, ölkədə yanacaq-enerji kompleksinin inkişafı üzrə real tələblərə uyğun, konkret və strateji bir müvafiq Dövlət Proqramı (DP) yoxdur.
"Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı" adlı sənəd var. Lakin Prezidentin 2005-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş sənəd yanacaq-enerji kompleksinin inkişaf etdirilməsi, əhalinin, iqtisadiyyatın enerji resursları ilə təminatının yaxşılaşdırılması, enerji daşıyıcılarından istifadənin səmərəsini artırmaq məqsədi daşısa da, yaranmış vəziyyət və bu vəziyyətdən doğan suallar baxımından, sözügedən Proqramın 10 illik bir müddəti əhatə etməsinə rəğmən, mükəmməl xarakter daşımadığını göstərir.
Məsələn, Proqram çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərə aid cədvəlin neft emalı sahəsinə aid bölümündə dünya standartlarının tələblərinə cavab verən yüksək oktanlı benzinlərin istehsalı məqsədi ilə butan-butilen qazlarının alkilləşdirilməsi qurğusunun 2009-cu ilə qədər tikilib başa çatdırılması qeyd olunur. Bakı neft emalı zavodunda aparılan və nəzərdə tutulan işlər isə bu tələbin köhnəldiyini ehtiva edir... Odur ki, fikrimizcə, ölkədə neft məhsullarına, xüsusən də benzinə olan tələbatın ödənilməsinə nail olmaq və onun real olaraq, nizamsız artımının qarşısını almaq, habelə yüksək keyfiyyətli məhsul istehsalına çatmaq və 2023-2025-ci illərdə fəaliyyətə başlayacaq yeni neft-qaz emalı kimya kompleksi tikilənədək ölkənin mövcud neft emalı zavodlarının gücündən maksimum istifadə etmək məqsədilə təcili olaraq, yanacaq-enerji kompleksinin inkişafı üzrə 2015-2025-ci illəri əhatə edəcək növbəti Dövlət Proqramının hazırlanaraq təsdiq edilməsinə ehtiyac var".
Hüquqşünas Namizəd Səfərov isə vurğuladı ki, yanacaq enerji kompleksinin inkişafına "qanunvericilikdə olan boşluqlar maneə olur" ifadəsinin özü qüsurludur: "Qanunvericilikdə maneə və boşluqlar kifayət qədərdir. Lakin bu boşluqların Yanacaq enerji kompleksinin inkişafına mühüm maneələr törətdiyini iddia etmək doğru deyil. Yanacaq enerji kompleksinin inkişafını dəqiq inkişaf plan və mexanizminin olmaması və digər məsələlər əngəlləyə bilər".
Millət vəkili Əli Məsimli "Əgər cənab Əliyev konkret hansı boşluqlardan söhbət getdiyi bildirsə, həmin məsələni şəxsən mən özüm Milli Məclisdə qaldıraram".

Əli