“Avropa İran cəbhəsinə girmir”
19 Mart 23:01
19 Mart 23:01
19 Mart 22:25
19 Mart 21:47
19 Mart 21:43
8 Dekabr 2021 14:48
4 081
Azərbaycan Mərkəzi Bankı 2022-ci ildə rəqəmsal valyutanın konseptual yanaşmasına dair sənədin hazırlanması üzərində çalışır.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) icraçı direktoru Fərid Osmanov deyib.
“Rəqəmsal valyutanın yaradılması ən aktual məsələlərdən biridir və Mərkəzi Bank da bu istiqamətdə 2021-ci ildən başlayaraq bu prosesə aktiv olaraq cəlb olunub. Beynəlxalq təcrübədə əksər banklar artıq mərkəzi bankların buraxacağı rəqəmsal valyutalar üzərində çalışır və əksər mərkəzi banklar bu istiqamətdə tədqiqat işləri aparır. Azərbaycanın Mərkəzi Bankı da bu siyahıdadır. Mərkəzi Bank bu rəqəmsal transformasiyanı diqqətlə izləyir. Bu istiqamətdə rəqəmsal valyutanın yaratdığı imkanları, riskləri ciddi və dərindən analiz edirik. Gələn il Mərkəzi Bank rəqəmsal valyutatın konseptual yanaşması barədə bir sənədin hazırlanması üzərində çalışır. Bu istiqamətdə beynəlxalq beyin mərkəzləri, Türkiyə Mərkəzi Bankı ilə aktiv təmasdayıq. Komandalarımız bir-biri ilə gündəlik əsasda danışır, çalışır və təcrübələri izləyirik. Ümidvarıq ki, növbəti ildə bu texnologiyanın təhlili üzrə ilkin nəticələr olacaq”, - F.Osmanov deyib.
19 Mart 17:53
3 430
19 Mart 16:15
1 659
19 Mart 13:47
1 743