16 Sentyabr 23:38
10:56
399
“Azərbaycan həm türk dünyasını, həm islam aləmini bir araya gətirən aparıcı dövlətdir. Həmçinin Qafqazda bu istiqamətdə yeganə dövlətdir. Qafqazda ən güclü toplum Azərbaycan xalqıdır ki, türk dünyasını, islam aləmini təmsil edir, birləşdirir”.
Bunu xalqcebhesi.az-a “Müasir İnkişaf” İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü söyləyib.
M.Göyüşlü Azərbaycan xalqının qədim tarixə malik olduğunu, müxtəlif tarixi mərhələlərdən keçdiyini vurğulayıb: “O cümlədən Qafqaz Albaniyası ilə bağlı məsələ də Azərbaycan tarixində əhəmiyyətli bir yer tutur. Tarixçilərimiz bu barədə çox geniş araşdırıblar. Qafqaz Albaniyası Azərbaycan xalqının etnogenezində və formalaşmasında mühüm rol oynayıb. Cənab Prezident hər dəfə görüşlərdə çox önəmli məqamları gündəmə gətirir və bu dəfə beynəlxalq konfransların iştirakçıları ilə görüşündə də çox mühüm məqamları qeyd etdi. Hesab edirəm ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına, Türk Dövlətləri Təşkilatının inkişafına töhfə verən, onun formalaşmasını, təşkilatlanmasını dəstəkləyən ən aparıcı ölkələrdəndir”.
Röya İsrafilova
09:13
637
09:10
623
16 Sentyabr 23:00
882