Makron beynəlxalq vəziyyətin pisləşməsi fonunda partiya liderlərini təcili toplantıya çağırıb Dünya

Makron beynəlxalq vəziyyətin pisləşməsi fonunda partiya liderlərini təcili toplantıya çağırıb

Fransa prezidenti Emmanuel Makron beynəlxalq vəziyyətin pisləşməsini və bunun ölkənin təhlükəsizlik və energetika sahələrinə təsirlərini müzakirə etmək üçün parlamentdə təmsil olunan partiyaların liderlərini və onların prezidentliyə namizədlərini görüşə dəvət edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Yelisey sarayına istinadən "Le Figaro" qəzeti məlumat yayıb.

Fransa prezidentinin dəftərxanasından bildirilib ki, görüş son günlərdə "beynəlxalq vəziyyətin sürətlə pisləşməsi" fonunda baş tutacaq. İştirakçılar Yaxın Şərq və Ukraynadakı münaqişələri, eləcə də onların Fransa üçün nəticələrini müzakirə edəcəklər.

Cümə günü keçiriləcək görüşdə Fransa baş naziri Sebastyan Lekornu, həmçinin hərbi idarənin və kəşfiyyat xidmətlərinin nümayəndələri iştirak edəcəklər. Onlar Makrona mövcud məlumatları təqdim edəcəklər.

Məryəm Quliyeva