Aİ-də 13 yaşdan kiçiklərə sosial şəbəkə qadağan edilir Dünya

Aİ-də 13 yaşdan kiçiklərə sosial şəbəkə qadağan edilir

Avropa Komissiyası sosial şəbəkələrdən istifadəyə yaş məhdudiyyətləri də daxil olmaqla, uşaqların internetdə mühafizəsinə dair yeni qaydaları nəzərdə tutan "Aİ UŞAQLAR Qanununun" reqlament layihəsini təqdim edib.

Xalqcebhesi.az xəbər verir ki, sənədə əsasən, 13 yaşdan kiçik uşaqlara sosial şəbəkələrdən istifadə etməyin qadağan olunması, Aİ-də müstəqil hesab yaratmaq üçün vahid minimum yaş həddinin isə 15 yaş səviyyəsində müəyyən edilməsi təklif olunur. 13-dən 15 yaşadək olan istifadəçilər üçün valideyn nəzarəti nəzərdə tutulub.

3-dən 13 yaşadək olan uşaqlar valideynlərinin və ya qəyyumlarının hesabları vasitəsilə xüsusi olaraq hazırlanmış uşaq video xidmətlərindən istifadə edə biləcəklər. Platformalar, həmçinin bu cür xidmətlərdən istifadə müddətini gündə bir saatla məhdudlaşdırmaq imkanı təqdim etməli olacaqlar.

Yeni tələblər yetkinlik yaşına çatmayanların istifadə etdiyi sosial şəbəkələrə, video xidmətlərinə, onlayn oyunlara, süni intellekt yoldaşlarına və çat-botlara şamil ediləcək. Platformalara, həmçinin yaşın yoxlanılması alətlərini tətbiq etmək və "layihələndirmə mərhələsində təhlükəsizlik" prinsipinə riayət etmək öhdəliyi qoyulacaq.

Qanunvericilik təklifi baxılması və qəbul edilməsi üçün Avropa Parlamentinə və Aİ Şurasına göndərilib.

Məryəm Quliyeva