14:21
392
Yəmən hökumətini dəstəkləyən silahlı birləşmələr ölkənin cənub-qərbindəki Mərib əyalətində hücuma keçməyə cəhd edən üsyançı "Ənsar Allah" (hüsilər) hərəkatının dəstələrinin irəliləməsini dayandırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, hökumət qüvvələri "Ənsar Allah" tərəfindən əyalətin inzibati mərkəzi olan Mərib şəhərindən cənub və qərb istiqamətlərində üç xətt üzrə həyata keçirilən kütləvi hücumun qarşısını alıb".
Həmçinin Ləhc və Təiz əyalətlərinin sərhədində, Bab əl-Məndəb boğazına bitişik strateji əhəmiyyətli Kəhbub dağ silsiləsi ərazisində tərəflər arasında döyüşlərin getdiyi bildirilir. Telekanalın məlumatına görə, toqquşmalar zamanı hüsilər "ciddi itkilər veriblər".
Məryəm Quliyeva