14:16
399
İran Xarici İşlər Nazirliyi İsveçin Stokholmdakı İran səfirliyinin əməkdaşına qarşı bu Skandinaviya ölkəsinin daxili işlərinə qarışmaqla bağlı irəli sürdüyü ittihamları rədd edib və Stokholmun addımlarına cavab olaraq İsveç diplomatik missiyasının əməkdaşını ölkədən çıxarıb.
Xalqcebhesi.az xəbər verir ki, İran XİN İsveç səfirini çağıraraq, Stokholmun Tehrana qarşı dağıdıcı siyasəti ilə bağlı ona qəti etirazını bildirib. "Həmin görüş zamanı İsveçin İrana qarşı irəli sürdüyü əsassız ittihamlar, o cümlədən bu ölkənin İranın Stokholmdakı səfirliyinin diplomatlarından birinin fəaliyyətini davam etdirməsinə mane olan addımları rədd edilib", — deyə İran diplomatik idarəsinin bəyanatında göstərilir.
İran XİN, həmçinin İsveç səfirinə bu ölkənin Tehrandakı diplomatlarından birinin "özünə izah edilən aydın səbəblərə görə 48 saat ərzində İranı tərk etməli olduğunu" bəyan edib.
Sentyabrın 16-da İsveç Xarici İşlər Nazirliyi İran səfirini çağırmışdı. Nazirlikdə ona İranın Stokholmdakı səfirliyinin əməkdaşına ölkəni tərk etməyin təklif olunduğu bildirilmişdi.
Məryəm Quliyeva