13:33
413
Lerik rayonunda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən iri fermer təsərrüfatlarına və yeni salınmış intensiv meyvə bağlarına baxış keçirilib.
Gununsesi.info xəbər verir ki, baxış Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində təşkil olunub.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, Lerik Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Cahani Nüsrətzadə və RİH başçısının müavini Habil Məlikov rayon ərazisində fəaliyyət göstərən təsərrüfatlarda görülən işlərlə tanış olublar.
Baxış zamanı müəssisələrin mövcud fəaliyyəti və istehsal imkanları, məhsuldarlığın artırılması, daxili bazarın yerli məhsullarla təmin olunmasında təsərrüfatların rolu, gələcəkdə fəaliyyətin genişləndirilməsi və rayonun kənd təsərrüfatı məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məsələləri müzakirə edilib.
Daha sonra sahibkar və fermerlərin təklif və müraciətləri dinlənilib.
Görüşdə dövlət tərəfindən aqrar sektorun inkişafına göstərilən dəstək, o cümlədən subsidiya, güzəştli maliyyələşmə və digər mexanizmlərin kənd təsərrüfatı istehsalının genişləndirilməsinə, yeni təsərrüfatların yaradılmasına və sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına verdiyi töhfə qeyd olunub.
Sahibkarların problemlərinin dinlənilməsi, təşəbbüslərinin dəstəklənməsi, müraciətlərinin operativ araşdırılması və aidiyyəti qurumlarla birgə zəruri tədbirlərin görülməsinin diqqətdə saxlanılacağı bildirilib.




