Zaqatalada kişi meyiti aşkarlanıb, ərazidə ov tüfəngi tapılıb Hadisə

Zaqatalada kişi meyiti aşkarlanıb, ərazidə ov tüfəngi tapılıb

Zaqatalada güllə yarası almış kişi meyit tapılıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında rayonun Danaçı kəndində baş verib.

Kənd sakini 77 yaşlı İbrahim Əhməd oğlu Babayevin üzərində odlu silahdan açılan atəş nəticəsində aldığı ağır xəsarətlər olan meyiti yaxınları tərəfindən aşkarlanıb.

Hadisə yerindən maddi sübut kimi ov tüfəngi götürülüb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.