Pakistan təhlükəsizlik qüvvələri Bəlucistanda antiterror əməliyyatı keçirib Gündəm

Pakistan təhlükəsizlik qüvvələri Bəlucistanda antiterror əməliyyatı keçirib

Pakistan təhlükəsizlik qüvvələri Bəlucistan əyalətinin Avaran dairəsinin Badrang rayonunda kəşfiyyat məlumatları əsasında antiterror əməliyyatı keçirib. Nəticədə 3 döyüşçü zərərsizləşdirilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Dawn" nəşri məlumat yayıb.

Atışmadan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Pakistan hakimiyyətinin "Fitna al Hindustan" adlandırdığı qruplaşmaya məxsus çoxlu sayda silah və hərbi sursat aşkar edərək götürüblər.

Pakistanın daxili işlər naziri Mohsin Naqvi əməliyyatın "Radd-ul-Fitna 3" çərçivəsində keçirildiyini bildirib. Onun sözlərinə görə, təhlükəsizlik qüvvələrinin qətiyyətli addımları döyüşçülərin yeni hücumlar həyata keçirmək planlarının qarşısını alıb.

Məryəm Quliyeva