16 Sentyabr 23:38
09:59
406
Hindistan Xarici İşlər Nazirliyi Nyu-Dehlidə keçirilən BRICS sammitindən sonra guya bir neçə dünya liderinin xəstələnməsi ilə bağlı sosial şəbəkələrdə yayılan şayiələri təkzib edib.
Xalqcebhesi.az xəbər verir, Nazirlik feyk xəbərlərlə mübarizə çərçivəsində bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
"Diqqət: feykdir. Sosial şəbəkələrdə bu qəbildən olan qərəzli paylaşımlara qarşı xəbərdarlıq edirik", — deyə Hindistan XİN-in bəyanatında bildirilir. Paylaşıma Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosanın fotosunun yer aldığı və sammitdən sonra liderlərin xəstələndiyini iddia edən ekran görüntüsü əlavə olunub.
BRICS-in 18-ci sammiti 12-13 sentyabr tarixlərində Hindistanın sədrliyi ilə Nyu-Dehlidə keçirilib. Tədbir iştirakçıları ticarət, logistika və texnoloji potensialın inkişafı üzrə praktiki addımlar da daxil olmaqla, qrupun əməkdaşlığının bütün əsas məsələlərini əhatə edən 140 bəndlik yekun Dehli Bəyannaməsini yekdilliklə qəbul ediblər.
Məryəm Quliyeva