Rusiya və Ukrayna arasında növbəti cəsəd mübadiləsi baş tutub Dünya

Rusiya və Ukrayna arasında növbəti cəsəd mübadiləsi baş tutub

Rusiya və Ukrayna həlak olmuş hərbi qulluqçuların cəsədlərinin növbəti mübadiləsini həyata keçirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "BelTA" məlumat yayıb.

Mübadilə Ukrayna-Belarus sərhədindəki "Novaya Huta" buraxılış məntəqəsində baş tutub.

Rusiya Ukraynaya 252 həlak olmuş hərbçinin cəsədini, Ukrayna isə 23 həlak olmuş hərbi qulluqçunun cəsədini təhvil verib.

Məryəm Quliyeva