Türkiyədə 20 əyalətdə nəhəng əməliyyat: 12 cinayətkar dəstə çökdürüldü Dünya

Türkiyədə 20 əyalətdə nəhəng əməliyyat: 12 cinayətkar dəstə çökdürüldü

İstanbul Təhlükəsizlik İdarəsinin 20 əyalətdə eyni vaxtda keçirdiyi əməliyyatlar nəticəsində 12 "yeni nəsil" mütəşəkkil cinayətkar qruplaşma ilə əlaqəli 178 şübhəli şəxs saxlanılıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Əməliyyat sentyabrın 14-də İstanbul, Bakırköy, Qaziosmanpaşa və Anadolu prokurorluqlarının koordinasiyası ilə həyata keçirilib. İstintaqın məlumatına görə, qruplaşmalar milli və beynəlxalq səviyyədə fəaliyyət göstərib, onların bəzilərinə isə xaricdə olan şəxslər rəhbərlik edib.

Şübhəli şəxslərə hədə-qorxu gəlmə, əmlaka ziyan vurma, ictimai təhlükəsizliyə təhdid yaratma və qanunsuz silah dövriyyəsi ilə bağlı cinayətlər incimə olunur.

Axtarışlar zamanı 1 avtomatik tapança, 4 qeydiyyatsız tapança, 2 hamarlüləli tüfəng, 207 patron, təxminən 122 qram narkotik vasitə və külli miqdarda pul ələ keçirilib.

Polisdəki prosedurlar başa çatdıqdan sonra saxlanılan 178 nəfərin hamısı məhkəmə orqanlarına sövq edilib.

Məryəm Quliyeva