15:10
420.jpg)
Cümə günü, sentyabrın 17-də Rusiya zərbə dronlarının Ukraynanın qərb vilayətlərində görünməsi fonunda Polşa qırıcı təyyarələrini havaya qaldırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Evropeyska pravda" Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının bəyanatına istinadən məlumat yayıb.
Polşa hərbçilərinin qeyd etdiyi kimi, Rusiyanın Ukraynanın qərb regionlarına hücumu fonunda mövcud prosedurlara uyğun olaraq Komandanlıq sərəncamında olan zəruri qüvvə və vasitələri cəlb edib.
Xüsusilə, hərbi aviasiya Polşanın hava məkanında fəaliyyətə başlayıb.
"Yerüstü hava hücumundan müdafiə və radiolokasiya kəşfiyyatı sistemləri hazır vəziyyətə gətirilib", — deyə komandanlıqdan əlavə edilib.
Məlumata görə, bu tədbirlər profilaktik xarakter daşıyır və hava məkanının təhlükəsizliyini, xüsusən də təhlükə zonalarına bitişik ərazilərin mühafizəsini təmin etməyə yönəlib.
Məryəm Quliyeva