Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
Azərbaycan Prezidenti: Bu il tranzit yüklərin həcmi 16 milyon tona çatacaq
Prezident: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir
Dövlət başçısı: Azərbaycan ərazisinin 96 faizi qazlaşdırılıb
2 May 2023 12:12
103 726
XIX əsrin Azərbaycana bəxş etdiyi görkəmli simalardan, şəxsiyyətlərdən biri şair, rəssam, xəttat, musiqi nəzəriyyəçisi, Qarabağ ədəbi mühitinin inkişafında özünəməxsus rolu olmuş ensiklopedist alim Mir Möhsün Nəvvabdır. Bu il görkəmli alimin anadan olmasının 190 ili tamam olur.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Mir Möhsün Nəvvabın 190 illik yubileyi münasibətilə virtual sərgi hazırlanıb.
Kitabxanadan bildirilib ki, virtual sərgidə Nəvvabın həyat və yaradıcılığı, zəngin ədəbi irsi haqqında məlumat verilir. Burada görkəmli alim həm öz dövrünün müasirləri ilə bir vəhdət formasında qələm sahibliyi edən, incə ruhlu şair, həm zərif zövqə, əsrarəngiz rəng çalarına malik rəssam, həm də nəqqaşlıq, xəttatlıq, astronomiya, musiqişünaslıq kimi sahələrə dəyərli töhfələr vermiş mütərəqqi ziyalı kimi təqdim edilir.
Materialda Nəvvabın müəllifi olduğu və onun haqqında qələmə alınan “Erməni-müsəlman davası”, “Qarabağ mədəni-ədəbi mühiti”, “Gözəllik və bilik aşiqi Nəvvab”, “Təzkireyi-Nəvvab”, “Musiqi haqqında risarələr”, “Nəsihətnamə” kimi 20-ə yaxın kitabın və müxtəlif dövrü mətbuat nümunələrinin biblioqrafik təsviri təqdim edilir.
Mir Möhsün Nəvvabın 190 illik yubileyi münasibətilə hazırlanan virtual sərgi kitabxananın rəsmi saytında və sosial şəbəkə hesablarında yerləşdirilib.
4 Avqust 13:34
2 240
23 İyul 07:12
2 989
29 İyun 10:40
3 528