İranda yol kənarında partlayış: SEPAH hərbçisi həlak olub
2 Oktyabr 17:39
2 Oktyabr 17:39
2 Oktyabr 15:43
2 Oktyabr 14:06
15 Mart 2022 09:33
3 073
Qərb həmişə Qarabağ məsələsində Azərbaycana qarşı ikili standartlardan yanaşıb, heç vaxt ədalətli mövqe sərgiləməyib. Bu da "demokratiya" beşiyi sayılan Avropa Parlamentinin ədalətsiz bir qurum olduğu deməkdir.
Bunu Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov Avropa Parlamentinin plenar iclasında qəbul edilən Qarabağda mədəni irsin məhv edilməsi ilə bağlı antiAzərbaycan mövqeli qətnaməyə münasibətində deyib.
O, qeyd edib ki, 30 il Ermənistanın işğalı altında qalan Azərbaycan torpaqlarında bütün tarixi, dini, mədəni irsimiz dağıdılıb: "Bu vaxtadək Avropa Parlamenti bir dəfə də olsun buna qarşı bir sənəd belə qəbul etməyib, daim işğalçının yanında olub, onun mövqeyini dəstəkləyib. Avropa Parlamentinin məlum qətnaməsi Azərbaycanın güclənməsinə, inkişafına qarşı qəbul edilib. 44 günlük müharibədə Azərbaycanın qələbəsi Ermənistanla yanaşı, Avropanın bir çox təsisatlarının, eləcə də Avropa Parlamentinin ovqatını təlx edib. Ona görə də, belə bir məntiqsiz, əsassız, böhtan xarakteri daşıyan qətnamə qəbul edib".
Cavid
2 Oktyabr 17:27
700
2 Oktyabr 17:19
1 806
2 Oktyabr 16:43
707