SEPAH ABŞ pilotunu əsir götürüb
3 Aprel 17:30
3 Aprel 17:30
3 Aprel 17:02
İsrail Parlamentinin fələstinlilərə ölüm hökmü tətbiq etmək qərarı pislənilib
ABŞ-a məxsus F-15 qırıcısının vurulması ilə bağlı Trampa məlumat verilib
Azərbaycan və Uqanda arasında siyasi məsləhətləşmələr keçirilib
İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbələr endirib
İran XİN Şirazda vurulan dronlara görə region ölkələrini günahlandırıb
15 Mart 2022 12:38
5 747
Milli Məclisdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı dinləmələr keçiriləcək.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, belə bir dinləmələrin bu il ərzində bir neçə dəfə keçirilməsi planlaşdırılır.
“Təəssüflər olsun ki, icbari tibbi sığortanın həyata keçirilməsi pandemiya dövrünə təsadüf edib. İcbari tibbi sığortanın həyata keçirilməsi nəticəsində əhali 2500-dən çox xidməti ala bilir”, - deyə o bildirib.
Onun sözlərinə görə, icbati tibbi sığortanın həyata keçirilməsi ilə Azərbaycanda ailə həkimi institutu formalaşmağa başlayıb:
“Bununla bağlı məmnunluq da yaranmağa başlayıb. Bütün bu uğurlara baxmayaraq icbari tibbi sığorta ilə bağlı da bir çox narahatlıq da mövcuddur. Yüksək texnologiyalı əməliyyatların keçirilməsi üçün klinikalarda növbələr var. Hesab edirəm ki, icbari tibbi sığorta zərfinin genişləndirilməsinə ehtiyac var”.
3 Aprel 20:45
1 057
3 Aprel 17:42
1 092
3 Aprel 16:42
1 176