17 Mart 2022 15:41
4 592
Rusiya Azərbaycanla Ermənistan arasında müvafiq ikitərərfli komissiyanın yaradılması ilə sərhədin delemitasiyasının tezliklə işə salınmasının tərəfdarıdır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
"Biz Azərbaycan-Ermənistan sərhədinin ayrı-ayrı hissələrindəki vəziyyətdən narahatlıq duyuruq. Martın əvvəlindən atəşkəs rejiminin müntəzəm pozulmasını qeyd edirik. Rusiya sülhməramlı kontingenti özünün məsuliyyət zonasında sabitliyin təmin olunması, vəziyyətə nəzarət üzrə müvafiq tədbirlər görür. Bu səylər sayəsində martın 13-dən etibarən insidentlər qeydə alınmır. Biz Azərbaycanla Ermənistan arasında müvafiq ikitərərfli komissiyanın yaradılması ilə sərhədin delimitasiyasının tezliklə işə salınmasının tərəfdarıyıq", - M.Zaxarova deyib.
25 Oktyabr 22:16
2 016
25 Oktyabr 15:27
1 995
25 Oktyabr 10:20
2 093