
“İran Ermənistana yarınmaq istəyirsə, bunun başqa yolunu tapsın”
4 Oktyabr 21:53
4 Oktyabr 21:53
4 Oktyabr 18:02
Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan arasında telefon danışığı keçirilib.
Bu barədə Rusiya XİN-in açıqlamasında deyilir.
Qeyd olunub ki, nazirlər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin razılaşdırılması perspektivlərini müzakirə ediblər.
"Nazirlər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il razılaşmalarının icrasının gedişatı barədə fikir mübadiləsi aparıb. Regionda nəqliyyat kommunikasiyalarının açılması və Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə gələcək addımlar diqqətə alınıb. Həmçinin, Rusiyanın köməyi ilə İrəvanla Bakı arasında sülh müqaviləsinin razılaşdırılması perspektivləri müzakirə olunub", - nazirliyin məlumatında deyilir.