“Fəaliyyətimizdə Cənab Prezidentin tövsiyələrinə əsaslanacağıq”-Mirnazir Qəniyev Siyasət

“Fəaliyyətimizdə Cənab Prezidentin tövsiyələrinə əsaslanacağıq”-Mirnazir Qəniyev

“Dünya Azərbaycanlılarının V Zəfər Qurultayının Şuşa şəhərində keçirilməsinin xüsusi əhəmiyyəti və anlamı var”. Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında Böyük Britaniya və Azərbaycan Asossiasiyasının idarə heyətinin üzvü Mirnazir Qəniyev deyib. M. Qəniyev bildirib ki, Qurltay digər qurultraylardan həm strateji, həm də mənəvi cəhətdən fərqlənir: “Biz, artıq ərazilərini işğaldan azad etmiş bir dövlətin mənsubu olaraq öz vətənimizə gəldirk. Həm də bizim hamımızın ürəyində xüsusi yeri olan, Azərbaycan və bütün türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərində Qurultaya qatıldıq. Qurultay eyni zamanda məshuldar keçdi. Cənab Prezident hamımızın qarşısında konkret tapşırıqlar qoydu. Dövlət başçısının əhatəli çıxışında mühüm məsələlərə toxunulub və bu bizim üçün yol xəritəsidir. Bundan sonra daha məsuliyyətlə çalışacaq və fəaliyyətimizdə Cənab Prezidentin tövsiyələrinə əsaslanacağıq”.
Əli Zülfüqaroğlu