Azərbaycan Prezidentinin Rize-Artvin hava limanının açılışında iştirakı Türkiyə-Azərbaycan münasibətlərinin dünyada bənzərsiz olduğunu bir daha sübut etdi - Şamil Ayrım Siyasət

Azərbaycan Prezidentinin Rize-Artvin hava limanının açılışında iştirakı Türkiyə-Azərbaycan münasibətlərinin dünyada bənzərsiz olduğunu bir daha sübut etdi - Şamil Ayrım

Azərbaycan Prezidenti İlham Əliyevin Rize-Artvin hava limanının açılışında iştirak etməsi çox mühüm bir hadisədir.

Bu barədə Trend-in suallarını cavablandırarkən Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Rizəyə gəlməsi Türkiyə xalqında çox böyük həyəcan doğurdu.

"Lakin xalqı ən çox həyəcanlandıran Prezident İlham Əliyevin açılış zamanı etdiyi çıxış idi. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında Türkiyə - Azərbaycan münasibətlərindən, iki ölkə arasındakı dostluq, qardaşlıq münasibətlərindən, hər zaman xoş gündə də, pis gündə də - daim həmrəy olunmasından bəhs etməsi bir çoxları üçün mesaj oldu və Türkiyə xalqında böyük bir həyəcan doğurdu. Həmçinin, Prezident İlham Əliyevin Rizenin bir cənnət olduğunu ifadə etməsi böyük rəğbətlə qarşılandı", -o deyib

Ş.Ayrım bu kimi səyahətlərin qarşılıqlı şəkildə gələcəkdə də davam edə biləcəyini bildirib.

"Bu səyahət Türkiyə-Azərbaycan münasibətlərinin dünyada bənzərsiz olduğunu bir daha sübut etdi. Vətəndaşlarımız, siyasi xadimlərimiz, xalqlarımız bu münasibətləri daha da yüksək səviyyəyə çatdırmaq üçün əlindən gələni etməlidir. Ölkələrimizin inkişafı və rifahı üçün daim çalışmalıyıq", - deyə o əlavə edib.