İmperiya ambisiyaları Rusiyanın sonunu yaxınlaşdıracaq Siyasət

İmperiya ambisiyaları Rusiyanın sonunu yaxınlaşdıracaq

Əsasən Rusiyanın bəzi qüvvələri tərəfindən idarə olunan Ermənistanda xeyli müddətdir ki, davam edən siyasi çaxnaşmalar, İrəvan küçələrində mütəmadi olaraq keçirilən dağıdıcı yürüşlərin səngidiyini görürük. Dağıdıcı aksiyaların keçirildiyi dövrdə zavallı Paşınyanın devriləcəyini iddia edən şərhçilər var idi. Acınacaqlı durumda olan erməni əhalisinin bu aksiyalara dəstək vermədiyi ortadadır. Digər tərəfdən Rusiyanın Ermənistandakı revanşist qüvvələrə dəstək siyasənin iflasa uğradığı da göz qabağındadır. Təəssüf ki, Şimal qonşumuz öz əhalisini, xirtdəyəcən problemlər içərisində boğulan ölkəsini xilas etmək əvəzinə regionda ağalıq iddiasından əl çəkmir.

Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında ekspert Əkrəm Bəydəmirli deyib.

Onun fikrincə, region dövlətlərinə qarşı təhdid siyasəti, ağalıq iddiası, imperiya ambisiyaları Rusiyanın sonunu yaxınlaşdıracaq. Gələcəkdə regionda baş vermək ehtimalı olan fəlakətlərdən qorunmaq üçün analitik təhlil mərkəzləri strateji hədəflərə yönələn layihələr ortaya qoymalıdır. Deməli, Vətəndaş Cəmiyyəti İnstitutlarının, medianın üzərinə böyük məsuliyyət düşür. Həm Ermənistanda, həm də Qarabağda yaşayan etnik ermənilərə mütəmadi olaraq açııq çağrışlar edilməlidir. Manevr siyasətindən əl çəkməyən Ermənistanın baş naziri zavallı Paşınyanda və digər ermənilərdə dərk etməlidir ki, regionda inkişafa, sabitliyə təkan verəcək sülh təklifləri, çox zəruri iqtisadi, strateji mahiyyət kəsb edən layihələr hər zaman masanın üzərində qalmayacaq: “Azərbaycan tərəfi öz hədəflərinə doğru addımlaykən zaman itkisinə yol verməməlidir. Sülh və iqtisadi əməkdaşlıq təklifləri müəyyən bir dövrü əhatə etməlidir. Əlqərəz, Rusiyanın və Ermənistandakı bəzi qüvvələrin sülh danışıq imitasiyası uzun müddət davam edə bilməz. Regionun inkişafı və sabitliyin təmin edilməsi üçün separatizmin kökü kəsilməlidir. Bütün hallarda separatizmə dəstək sülh anlayışına təhlükədir”.

Cavid