Misir Qoşulmama Hərəkatı Parlament şəbəkəsində aktiv üzv olmaq istəyir - Senat Sədri Siyasət

Misir Qoşulmama Hərəkatı Parlament şəbəkəsində aktiv üzv olmaq istəyir - Senat Sədri

Misir Qoşulmama Hərəkatı Parlament şəbəkəsində aktiv üzv olmaq istəyir.

Bunu Misir Senatının sədri Abdel Wahab Abedel Rzaeq Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlıq intensivləşməlidir.

“Biz bu sahədə böyük inkişaf yolu keçmişik. Misir hər zaman sülh və sabitliyin bərqərar olması ilə bağlı qərarları dəstəkləyir. Dünyada olan çağırışlara cavab vermək üçün beynəlxalq əməkdaşlığı inkişaf etdirməyə həmişəkindən daha çox ehtiyac var”, - deyə Misir Senatının sədri bildirib.