21 Sentyabr 18:58
21 Sentyabr 17:37
21 Sentyabr 17:36
20 Oktyabr 2022 15:34
1 897
Hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasının keçirilməsi məsələsi üzərində iş gedir.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə KTMT qüvvələrinin Ermənistanda yerləşdirilib-yerləşdirilməyəcəyi ilə bağlı suala cavabında bildirib.
Onun sözlərinə görə, KTMT-nin keçirilməsi planlaşdırılan növbədənkənar sessiyasında təşkilata üzv ölkələrin liderlərinin videokonfrans rejimində KTMT-nin Ermənistandakı missiyasının işinin yekunlarını müzakirə edəcəkləri güman olunur.
Zaxarova KTMT liderlərinin İrəvana yardımın göstərilməsi ilə bağlı birgə tədbirlərlə bağlı təkliflərə baxacaqlarını söyləyib.
12:40
301
12:39
280
12:15
525