“Nəticələr heç də Cəmil Həsənlinin hazırladığı siyahıdakı kimi deyil” Siyasət

“Nəticələr heç də Cəmil Həsənlinin hazırladığı siyahıdakı kimi deyil”

Vaqif Abışov: "Onun hazırladığı siyahı düşmənçilik, kimisə gözdən salmağa da hesablana bilər"

"Azərbaycanda 1 noyabrda Milli Məclisə keçirilən 5-ci çağırış seçkilərdə Cəmil Həsənlinin özünəməxsus siyahı hazırlamasını təbii qarşılamaq lazımdır. Düşünürəm ki, bu onun ənənəvi adətkarlığından xəbər verir". Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının humanitar məsələlər üzrə katibi Vaqif Abışov deyib. BAXCP rəsmisinin sözlərinə görə, heç şübhəsiz ki, onun hazırladığı siyahı düşmənçilik, kimisə gözdən salmağa da hesablana bilər: "Ancaq hər halda reallıq odur ki, ölkəmizdə keçirilən seçkilər bir daha onu göstərdi ki, nəticələr heç də Cəmil Həsənlinin hazırladığı siyahıdakı kimi deyil. Bura siyasət meydanıdır və hər kəs öz məqsəd, məramını ortaya qoyur. Bu onu sübuta yetirdi ki, seçkilər heç də kiminsə düşüncəsi, məqsədi, məramından asılı deyil. Azərbaycan dövləti dünya səviyyəsində öz siyasətini aparmaqdadır. Təbii ki, dünya da Azərbaycanın bu siyasəti ilə hesablaşmaqdadır. Bu gün Azərbaycan dövlətinin apardığı siyasət qanunvericilik sahəsində, məhkəmə sistemində və s. düzgün və qəbulolunan xəttdir".