TÜRKPA beynəlxalq parlament təşkilatları ilə yeni əməkdaşlıq formatları nəzərdə tutur
Milli Məclis və BƏƏ Federal Milli Şurasının sədrlərinin görüşü olub
Ramiz Mehdiyevlə bağlı olay açıqlama: “Əli Kərimlinin ondan sifariş alması... ”
Hərbi və xüsusi rütbəli şəxslərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmə qaydası təsdiqlənib
28 Oktyabr 2022 15:10
2 618
31 oktyabrda Soçidə Rusiya prezidenti Putinin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında yeni bir sənədin imzalanacağı və yaxud indiyədək əldə edilmiş razılaşmaların yerinə yetirilməsi istiqamətində ciddi qərarların veriləcəyi haqda gözləntilər artıq xeyli artıb.
"Xalq Cəbhəsi" xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib. Dünən Putinin “Valday”da birbaşa Ermənistana ünvanlı çıxışına Paşinyanın bu gün verdiyi reaksiya təsdiqləyir ki, Ermənistan baş naziri artıq prosesi süni şəkildə uzatmağın onun özünün və dövlətinin daha ağır faciəsiylə nəticələnəcəyini çox yaxşı anlayır:
"Paşinyan Putinin “Valday” mesajlarına cavab olaraq, bu gün yazıb: “Ermənistan sentyabrın əvvəlində Rusiya Federasiyasının təqdim etdiyi Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulması üzrə əsas prinsiplər və parametrlər əsasında işləməyə razılıq verib və bunu Soçidə təsdiqləməyə hazırdır. Ümid edirik ki, Rusiya öz təkliflərinin üzərində dayanacaq”.
Beləliklə, Rusiyanın təkilflərinin nədən ibarət olduğunu açıqlamayan Paşinyan Soçidə görüşə razılıq verib. Ermənistanın Rusiyayönümlü müxalifətindənsə hələ səs çıxmır..." Cavid