SEPAH ABŞ pilotunu əsir götürüb
3 Aprel 17:30
3 Aprel 17:30
3 Aprel 17:02
30 Noyabr 2022 09:47
2 345
ABŞ-la Azərbaycan arasında təhlükəsizlik sahəsində gələcək əməkdaşlıq müzakirə edilib.
“Report” xəbər verir ki, bu barədə ABŞ Milli Qvardiyasının komandanı general Daniel Hokanson Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə görüşündən sonra tviter hesabında yazıb.
Görüşdə Azərbaycanla təhlükəsizlik sahəsində tərəfdaşlığın 20-ci ildönümü alqışlanıb. “Biz bu güclü, qarşılıqlı faydalı təhlükəsizlik əlaqələrinin yüksək dəyərini bir daha təsdiqlədik və gələcək əməkdaşlıq sahələrini müzakirə etdik”, - ABŞ Milli Qvardiyasının komandanı sosial şəbəkə hesabında qeyd edib.
Görüşdə Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim də iştirak edib.
10:43
6 615
4 Aprel 10:17
1 715
4 Aprel 10:17
1 764