Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
1 Dekabr 2022 17:10
3 360
“Noyabrın 30-da Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) “Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması”nı tələb edən yalan və iftira dolu qətnamə qəbul edildi.
Milli Assambleyanın 256 deputatı qətnamənin lehinə səs verib. Bu qətnamə prinsip etibarilə bir müddət əvvəl Senatda qəbul edilmiş qətnamə kimi Fransanın Azərbaycana qarşı növbəti təxribatıdır”. Bunu xalqcəbhəsi.az-a açəqlamasında politoloq Turan Rzayev deyib. O, bildirib ki, qətnamə layihəsinin həmmüəllifləri “Renessans” partiyasından olan deputatlar olub. “Renessans” partiyası əslində Fransa Prezidenti Emmanuel Makron tərəfindən qurulan "İrəli, Republika" (LREM) partiyasıdır. Bu ilin sentyabr ayında partıya rəsmi olaraq adını "Renessans" olaraq dəyişib: “Ümumiyyətlə Makron partiyanın adını təkcə "Renessans" etməklə kifayətlənmədi, həm də klassik üslubda bir partiyaya çevirdi. Çünki “İrəli, Republika” partiyası həm sağı, həm də solçuları birləşdirən transpartiyalı siyasi hərəkat idi.
Qətnamə layihəsinin həmmüəlliflərinin “Renessans” partiyasından olan deputatlar olduğunu nəzər alsaq demək olar ki, bu qətnamənin müəllifi birbaşa Fransa Prezidenti Emmanuel Makrondur”.
Əli