“Azərbaycan Türkiyə ilə strateji portnyor və dost dövlət olmaqla yanaşı...” Siyasət

“Azərbaycan Türkiyə ilə strateji portnyor və dost dövlət olmaqla yanaşı...”

Arzu Nağıyev: "Rusiya ilə də yaxın qonşu və əməkdaşlıq edən tərəfdaşdır"

Rusiyaya məxsus qırıcı təyyarəsinin Türkiyənin hava məkanını pozmasına qarşılıq olaraq vurulması Ankara-Moskva arasındakı gərginliyi pik nöqtəyə qaldırıb. Rusiya təyyarəsinin vurulmasının cavabsız qalmayacağını bildirən Moskva artıq adekvat addımlara da əl atıb. Belə ki, ötən gün Suriya türkmənlərinə humanitar yardım aparan türk maşın karvanına Rusiya təyyarələri tərəfindən atəş açılıb. Paralel olaraq Rusiya Suriyadakı hərbi ehtiyatlarını artırıb. Düzdür, bu ölkənin xarici işlər naziri Sergey Lavrov Türkiyə ilə savaşa getmək niyyətində olmadıqlarını bildirsə də, lakin Rusiyanın hər an istənilən xoşagəlməz addım atacağı da şübhə doğurmur. Bu arada Qərb də öz oyununu oynamaqdadır. Belə ki, mövcud situasiyada Qərb Rusiya-Türkiyə böhranını aradan qaldırmaq əvəzinə daha çox tərəf tutmağa üstünlük verir ki, burada da məqsəd iki ölkəni savaşa sürükləməkdir. Heç şübhəsiz ki, baş verə biləcək Türkiyə-Rusiya savaşı bu iki ölkədən daha çox onun qonşuları, xüsusilə Azərbaycana təsirsiz ötüşməyəcək. Azərbaycanın həm Türkiyə, həm də Rusiya ilə normal, isti münasibətlərini nəzərə alsaq, belə bir vəziyyətdə rəsmi Bakının çıxılmaz vəziyyətdə qalacağı şübhəsizdir. Ona görə də Azərbaycanın mövcud gərginliyi aradan qaldırmaq üçün tərəflər arasında vasitəçilik etməsi daha məqbul hesab edilir. Elə əksər ekspertlər də bu qənaətdədirlər ki, Azərbaycan Türkiyə-Rusiya gərginliyinin aradan qaldırılmasında önəmli rol oynaya bilər.
Siyasi ekspert Arzu Nağıyev deyir ki, Azərbaycan Türkiyə ilə strateji portnyor və dost dövlət olmaqla yanaşı, Rusiya ilə də yaxın qonşu və əməkdaşlıq edən tərəfdaşdır: "Təbii ki, Türkiyə ilə olan münasibətlər daha müsbət və yaxındır. Türkliyə Azərbaycanın dünya arenasında sözünü deyən həm siyasi, həm də iqtisadi cəhətdən dost dövlətdir. Yəni bu dövlətlərin münasibətinin belə bir gərgin vəziyyətdə olması region üçün, o cümlədən Azərbaycan üçün də xoşagələn hal deyil. Məhz buna görə də barışığa yönələn istənilən addım atılmalıdır və düşünürəm ki, belə də olacaq".
Müstəqil ekspert Əlabbas Məhərrəmli bildirib ki, bu hadisənin baş verməsi dünyada o qədərdə yaxşı olmayan vəziyyəti daha da gərginləşdirdi: "O cümlədən bu Azərbaycan üçün də arzuolunmaz hadisədir. Cunki bir tərəfdə canımız, qanımız Türkiyə, digər tərəfdə yaxın qonşumuz, çoxlu vətəndaşımızın məskunlaşdığı, Dağlıq Qarabağ kimi problemli münaqişənin açarı əlində olan Rusiya dövləti. Ümumiyyətlə mətbuatdan, sosial şəbəkələrdən müşahidə edildiyi kimi Azərbaycan xalqının Türkiyə xalqına dəstəyi görünür. Biz mənəvi baxımdan həmişə Türkiyə ilə qardaş-bacı olmuşuq. Bu məsələ də isə Azərbaycan dəqiq olmalıdər. Heç kəsin
əlinə fürsət vermək olmaz". Əlabbas Məhərrəmli bildirib ki, hər şey nəzərə alınmalıdır: "Bizim Rusiya ilə münasibətlərimizə xələl gəlməməlidir. Azərbaycan burada yalnız barışdırıcı mövqedən istifadə etməlidir". Ekspert onu da qeyd edib ki, Azərbaycanın təkbaşına vasitəçi olmağına imkan çox azdır. Çünki dünyanın supergücləri bu məsələdə aktivdirlər.