![Hesablama Palatası Aqrar Kredit və İnkişaf Agentliyində nöqsanlar aşkarlayıb](https://xalqcebhesi.az/media/2024/07/26/225x136/66a3b6b520ab566a3b6b520ab61722005173b110f128a4f04e7e77a34d62ec55645e.jpg)

26 İyul 18:03
Qarabağa qanunsuz səfərlərin təşkili yolverilməzdir.
Bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının üçtərəfli görüşündə deyib.
Baş prokuror görüşdə Qarabağa qanunsuz səfərlərin təşkilini və ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarının yolverilməzliyini diqqətə çatdırıb.
1-ci və 2-ci Qarabağ müharibələrindən sonra itkin düşmüş şəxslərin tapılması istiqamətində birgə fəaliyyətin vacibliyinə toxunaraq, bu prosesin davam etdirilməsinin önəmini bildirib.
Eyni zamanda, Azərbaycan tərəfindən 10 noyabr 2020-ci il tarixli 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlara tam şəkildə riayət olunduğu bildirib.