“Arif Hacılı və komandası Müsavat partiyasını bərbad günə salıb” Siyasət

“Arif Hacılı və komandası Müsavat partiyasını bərbad günə salıb”

Səxavət Əlisoy: "Oturub öz günlərinə ağlasalar yaxşıdır"


"Əgər Elman Fəttahın iddia etdiyi kimi hökumət ADR-i dəstəkləsəydi, Elman Fəttahın özü harada olacaqdı, bilmirik. Elman Fəttah Arif Hacılının saxtakarlıq maşınının vintidir". Bu fikirləri Azərbaycan Demokratiya və Rifah hərəkatının sədr müavini Səxavət Əlisoy deyib.
Sədr müavini bildirib ki, Elman Fəttah artıq-əskik danışmasın: "Bir qədər də başını işlətsin. Arif Hacılı və komandası Müsavat partiyasını bərbad günə salıb. Oturub öz günlərinə ağlasalar yaxşıdır. Başqasına şər atmaqdansa, Müsavatın başına açdıqlarından utansınlar. Ancaq, bu, mümkün deyil. Onlar ən yaxşı halda Arif Hacılının bağına yığışaraq yüz-yüz vuraraq etdiklərindən fərəh hissi keçirə bilərlər".
Səxavət Əlisoy qeyd edib ki, Müsavatda demokratiya anlayışı Arif Hacılının meyarları ilə müəyyənləşir: "Müsavat adlı dərnəkdə, sexdə Elman Fəttah və ya hansısa məddah Arif Hacılını tənqid edə bilər? Əlbəttə yox. Kim daha çox yaltaqlanırsa, ona vəzifə verirlər. Ona görə də Arif Hacılının 10-dan çox müşaviri var. Müsavatdakıların bir neçəsini çıxmaq şərtilə, hamısı abırsız adamlardır, şantajla məşğuldurlar. Elman Fəttah Arif Hacılının göstərişi ilə bu fikirləri səsləndirib. Müsavatdakı bu işlərin başında drijor Arif Hacılı dayanır. Heç kim onun xəbəri olmadan belə fikirlər səsləndirə bilməz. Arif Hacılının isə nə savadı, nədə mədəniyyəti var. Arif Hacılının Müsavat Partiyasının başqanı olması müsavatçılar üçün təhqirdir. Müsavat nə siyasi aksiya, nə də intellektual bir dəyirmi masa həyata keçirə bilmir. Bunların gerçək sifətini açmaq üçün sadəcə şərait yoxdur".